Necə işləyirik
Öz modelimizlə işləyirik
İdeyanı məhsula, məhsulu isə bazara çıxarmaq üçün aydın yol qurmuşuq. Hər addımda kimin nə etdiyi bəllidir.

Missiyamız
Nə üçün varıq
- 01
Gənc mütəxəssis hazırlamaq
Sənayeyə real iş təcrübəsi olan gənc kadrlar yetişdiririk.
- 02
Yeni məhsul yaratmaq
Ölkə iqtisadiyyatı üçün vacib sahələrdə yerli məhsullar hazırlayırıq.
- 03
Sahibkar universitet
Universitetlərin bilikdən gəlir əldə edən sahibkar quruma çevrilməsinə kömək edirik.
Məqsədlərimiz
Yeddi məqsəd
Hər birinin nəticəsini ölçür və ildə bir dəfə açıq hesabat veririk.
- 1Nəqliyyat, yaşıl texnologiyalar və İT sahələrində tədqiqat aparmaq və məhsul yaratmaq
- 2İdeya və tədqiqatı real məhsula çevirmək üçün hazır xidmətlər paketi təqdim etmək
- 3Alimlərin öz şirkətini (spin-off) qurmasına kömək etmək
- 4Şirkət və investorları tədqiqatçılarla görüşdürmək, biliyin sənayeyə ötürülməsinə şərait yaratmaq
- 5Sahibkarlıq, innovasiya və əqli mülkiyyət üzrə dəstək vermək
- 6Ölkədə və xaricdə etibarlı patent almağa kömək etmək
- 7Bacarıqlı mütəxəssisləri şirkətlərlə tanış etmək
Proses
Texnologiya transferi necə gedir
On bir addımı dörd mərhələdə birləşdirmişik. Bazara uyğun olmayan ideya tədqiqata qayıdır və yenidən işlənir.
- 1
Araşdırma
Tədqiqatın nəticəsindən biznes ideyası çıxarırıq.
- Tədqiqat
- Biznes ideyası
- 2
Yoxlama
Bazarın buna ehtiyacı varmı? Uyğun deyilsə, ideya tədqiqata qayıdır.
- Bazara uyğunluq
- Qiymətləndirmə
- 3
Hazırlama
Məhsula cavabdeh şəxs təyin olunur, məhsul hazırlanır, sınanır və qorunur.
- Məhsul sahibliyi
- Hazırlanma
- Sınaq
- Patent
- 4
Bazara çıxış
Məhsulu tanıdır, tərəfdaş tapır və satışa çıxarırıq.
- Marketinq
- Biznes tərəfdaşlığı
- Satış
Əməkdaşlıq yolları
Layihə iki yolla başlayır
Tədqiqatdan məhsula
Başlanğıc: Alimin ideyası və ya tədqiqat nəticəsi
- 1İdeya bankına daxil olur
- 2Biznes inkişaf mərkəzində işlənir
- 3Bazara uyğunluğu yoxlanılır
- 4Məhsul sahibi təyin olunur
- 5Layihə hazırlanır və maliyyə tapılır
Maliyyə üçün müraciət edilə bilən mənbələr
- Azərbaycan Elm Fondu
- KOBİA
- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
- Donor təşkilatlar
- Özəl investorlar
Şirkətin sifarişi ilə
Başlanğıc: Şirkət və ya investor müraciət edir
- 1Şirkətlə birgə hakaton və ideya yarışı keçirilir
- 2Bazar araşdırması aparılır
- 3Ən yaxşı ideya seçilir
- 4Məhsul sahibi təyin olunur
- 5Şirkət məhsulun hazırlanmasına sərmayə qoyur
Fayda
Hər iki tərəf qazanır
Universitet və alimlər üçün
- Bazarın nəyə ehtiyacı olduğunu şirkətlərlə birlikdə düzgün qiymətləndirirsiniz
- Patent və prototipiniz məhsula çevrilir
- Öz şirkətinizi (spin-off) qurursunuz
- Sənaye ilə bilik və əlaqə mübadiləsi edirsiniz
- Tədrisi sənayenin tələblərinə uyğunlaşdırırsınız
- Əlavə gəlir əldə edirsiniz
Şirkətlər üçün
- Tədqiqat və istehsal xərcləriniz azalır
- Universitetdəki tədqiqat, ideya və patentlərə çıxış əldə edirsiniz
- Alimlərlə birlikdə məhsul və xidmətlərinizi yaxşılaşdırırsınız
- Rəqabət gücünüz və bazar payınız artır
- Ehtiyacınıza uyğun kadrlar hazırlanır
Qaydalarımız
Bir pəncərə
Alim də, şirkət də bütün dəstəyi bir yerdən alır. Sizi bir qurumdan digərinə göndərmirik.
Çevik idarəetmə
Layihələri Agile qaydası ilə qısa mərhələlərlə aparırıq. Bazar dəyişəndə plan da tez dəyişir.
Məhsul sahibliyi
Hər məhsulun ondan cavabdeh olan bir sahibi var. Bu şəxs ideyanı bazara qədər aparır.
Kimlərlə işləyirik
- Universitetlər
- Öz ofisini qurmadan peşəkar texnologiya transferi komandası
- Elmi institutlar
- Nəticələrin qiymətləndirilməsi, patent və lisenziya
- Şirkətlər
- Texnologiya axtarışı, sifarişli tədqiqat, birgə layihələr
- Startaplar
- Şirkətin qurulması, qrant, investor axtarışı
- Xaricdəki azərbaycanlı alimlər
- İxtiranın Azərbaycanda qorunması və yerli tərəfdaş
Milli prioritetlər
Azərbaycan 2030 hədəflərinə töhfəmiz
Ölkənin 2030 hədəflərində innovasiya, yaşıl enerji və nəqliyyat əsas yer tutur. Biz bu sahələrdə elmi nəticələri işləyən məhsula çevirməyə kömək edirik.
- Hər üç istiqamətRƏSMİ HƏDƏF · 2026
0,1%
Tədqiqat və inkişafa (ETTKİ) xərclərin ÜDM-də payı
Bizim töhfəmiz
Elmi nəticələrin məhsula çevrilməsinə kömək etmək istəyirik.
- İT həllərRƏSMİ HƏDƏF · 2026
15%
Yüksək və orta-yüksək texnologiyalı sənayenin əlavə dəyərdə payı
Başlanğıc: 10,1% (2020)
Bizim töhfəmiz
Yerli ixtiraların sənayedə tətbiqinə töhfə vermək istəyirik.
- Yaşıl texnologiyalar və enerjiRƏSMİ HƏDƏF · 2030
30%
Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerjinin payı
Ara hədəf: 2026-cı ilədək 24%
Bizim töhfəmiz
Enerji şirkətləri üçün yaşıl texnologiyaları axtarıb yoxlamaq istəyirik.
- Nəqliyyat və logistikaRƏSMİ HƏDƏF · 2026
450 mln ₼
Tranzit yükdaşımalardan əldə edilən gəlir
Başlanğıc: 227 mln ₼ (2019)
Bizim töhfəmiz
Logistika şirkətlərinin texnoloji ehtiyacını alimlərlə birlikdə həll etmək istəyirik.
- İT həllərRƏSMİ HƏDƏF · 2029
250
Yeni startapların sayı
Bizim töhfəmiz
İxtira əsasında şirkət qurmaq istəyən komandalara yol göstərmək istəyirik.
- Hər üç istiqamətRƏSMİ HƏDƏF · 2029
20%
Kommersiyalaşan spin-off layihələrinin payı
Bizim töhfəmiz
Spin-off şirkətlərinə ilk müştəri və lisenziya tapmağa kömək etmək istəyirik.
Rəqəmlər rəsmi sənədlərin mətnindən götürülüb. Bu hədəflər dövlətindir: TTO bu sənədlərdə icraçı kimi göstərilmir. Biz yalnız öz işimizlə töhfə vermək istəyirik. Ümumi çərçivə: Azərbaycan 2030: Milli Prioritetlər (2 fevral 2021).